• 3 İyul 2020
logo
Hindistanda bir gündə 18,5 mindən çox insan koronavirusa yoluxub

Hindistanda bir gündə 18,5 mindən çox insan koronavirusa yoluxub

Hindistanda son sutkada aşkar edilən yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı 18 522 təşkil edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Hindistanda virusa yoluxanların ümumi sayı 566 840 nəfərə çatıb. Eyni zamanda, ölkədə 215 125 nəfərin müalicə aldığı, 334 821 nəfərin sağaldığı (son gündə 13 099), 16 893 nəfərin isə öüldüyü (son gündə 418) vurğulanıb.

Cons Hopkins Universitetinin hesablamalarına görə, Hindistan yoluxma halların sayına görə dünyada dördüncü yerdədir.