• 23 Mart 2025
logo
Kanada hakimiyyəti ölkəyə qayıdan vətəndaşlar üçün karantini uzadır

Kanada hakimiyyəti ölkəyə qayıdan vətəndaşlar üçün karantini uzadır

Kanada hökuməti ölkəyə daxil olan bütün Kanada vətəndaşları üçün bu gün sona çatan məcburi karantin müddətini uzadır.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, ölkəyə daxil olan bütün vətəndaşlar iyunun 30-dan sonra belə 14 gün ərzində özlərini təcrid etmək məcburiyyətində qalacaqlar. Bu tədbir ilk dəfə martın 25-də tətbiq edilib.

Karantinin nə qədər uzadılacağı barədə məlumat verilmir.

Kanadanın sərhədləri xaricilər üçün hələ də bağlıdır.