• 27 İyul 2024
logo
Britaniyada son sutkada COVID-19-a 815 yoluxma qeydə alınıb, 25 nəfər ölüb

Britaniyada son sutkada COVID-19-a 815 yoluxma qeydə alınıb, 25 nəfər ölüb

Böyük Britaniyada son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) 815 yoluxma halı qeydə alınıb, 25 nəfər vəfat edib.

Bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Bildirilib ki, indiyədək Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 43 575 nəfərə çatıb.

Ölkədə indiyədək 311 965 nəfər koronavirus infeksiyasına yoluxub.