• 27 Mart 2025
logo
İranda son sutkada COVID-19-dan 162 nəfər vəfat edib

İranda son sutkada COVID-19-dan 162 nəfər vəfat edib

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 162 nəfər vəfat edib. APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 10 670 nəfərə çatıb. İranda son sutka ərzində koronavirusa 2 536 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 225 205 nəfərə çatıb. İndiyədək xəstəlikdən 186 180 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan xəstələrdən 3037 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.