Gürcüstan parlamenti proporsional seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya düzəlişi layihəsini üçüncü oxunuşda qəbul edib.
Bu gün keçirilən səsvermədə parlamentin 117 üzvü dəyişikliyin lehinə, 3 üzv isə əleyhinə səs verib.
Müxalif “Vahid Milli Hərəkat” və “Avropalı Gürcüstan” partiyaları səsvermədə iştirak etməkdən imtina edib.
Düzəlişə əsasən, 2020-ci ilin oktyabrında keçirilməsi planlaşdırılan parlament seçkiləri 120 proporsional, 30 majoritar olmaqla qarışıq seçki sistemi ilə baş tutacaq, seçki baryeri isə 1% təşkil edəcək.