• 27 İyul 2024
logo
Qırğızıstanda daha 269 koronavirusa yoluxma halı qeydə alınıb

Qırğızıstanda daha 269 koronavirusa yoluxma halı qeydə alınıb

Qırğızıstanda sutka ərzində daha 269 COVID-19 ilə yoluxma faktı qeydə alınıb.

Bu barədə bu gün brifində Səhiyyə nazirinin müavini Nurbolot Usenbayev bildirib.

Onun sözlərinə görə, ötən sutka ərzində 2 min 722 laboratoriya müayinəsi aparılıb. Nəticədə 269 yeni koronavirusa yoluxma halı müəyyən edilib.

Yeni hallardan 9-u xaricdən getirilib, qalanları ölkə daxilində müəyyən edilib.