Polşada yerli vaxtla saat 07:00-da prezident seçkilərində səsvermə başlayıb.
Səsvermə 27 230 məntəqədə keçirilir və yerli vaxtla saat 21:00-dək davam edəcək.
Prezident seçkilərində hazırkı dövlət başçısı Andjey Duda da daxil olmaqla 11 namizəd iştirak edir. Səsvermədə 30 milyondan artıq Polşa vətəndaşının iştirak etmə hüququ var.