Ukraynada son sutkada COVID-19-dan 24 nəfər ölüb, 948 yeni yoluxma halı qeydə alınıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, bununla ölkədə koronavirusa yoluxanların sayı 42 065-ə, virusdan ölənlərin sayı isə 1 110 nəfərə çatıb.