• 18 Sentyabr 2020
logo
Rusiyada son sutkada daha 6852 nəfər koronavirusa yoluxub

Rusiyada son sutkada daha 6852 nəfər koronavirusa yoluxub

Rusiyada son sutka ərzində daha 6852 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 627 646 nəfərə çatıb.

Son sutka ərzində 188 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə Rusiyada COVID-19-dan ölənlərin sayı 8969 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 393 352 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.