• 27 İyul 2024
logo
Ermənistanda son sutkada daha 662 nəfər koronavirusa yoluxub, 11 nəfər ölüb

Ermənistanda son sutkada daha 662 nəfər koronavirusa yoluxub, 11 nəfər ölüb

Ermənistanda son sutkada daha 662 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 23909 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 11 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 421 nəfər olub.

İndiyədək xəstəlikdən sağalanların sayı 12911 nəfərdir. 10445 nəfərin müalicəsi davam edir.