Çinin Sincan-Uyğur Muxtar Rayonunda 6,4 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.
Məlumata əsasən, zəlzələnin episentri təxminən 114 min insanın yaşadığı Xotan şəhərindən 279 km cənub-şərqdə olub. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.
Hazırda xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.