• 28 Mart 2025
logo
Boks üzrə dünya çempionu döyüşə bir həftə qalmış koronavirusa yoluxub

Boks üzrə dünya çempionu döyüşə bir həftə qalmış koronavirusa yoluxub

Amerikalı boksçu, ikinci yarıağır çəkidə WBO versiyası üzrə dünya çempionu Camel Herrinq koronavirusa yoluxub.

Boksçunun titulunu müdafiə edəcəyi döyüşə bir həftə qalmış keçdiyi test müsbət nəticələnib.

Boksçu bildirib ki, xəstəlik onda simptomsuz davam edir. Hazırda o, özünütəcrid rejimindədir.

C.Herrinqin Conatan Okendo ilə planlaşdırılan döyüşü qeyri-müəyyən müddətə təxirə salınıb.