• 28 Mart 2025
logo
Ermənistanda koronavirusa yoluxanların sayı 22 mini keçib

Ermənistanda koronavirusa yoluxanların sayı 22 mini keçib

Ermənistanda koronavirusa yoluxanların sayı 22 488 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 771 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 11 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 397 nəfər koronavirusdan ölüb, 10 756 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.