• 27 İyul 2024
logo
Ermənistanda yoluxma sayında yeni antirekord qeydə alındı

Ermənistanda yoluxma sayında yeni antirekord qeydə alındı

Ermənistanda daha 771 nəfərdə koronavirus aşkarlanıb.

Bunu ölkənin səhiyyə naziri Arsen Torosyan açıqlayıb.

Onun sözlərinə görə, bu yoluxma sayı yeni antirekorddur. A.Torosyan qeyd edib ki, son 24 saatda 2 336 nəfər COVID-19 testindən keçib.

Nazir vurğulayıb ki, ölkədə hazırda 51 vətəndaş xəstəxanaya yerləşdirilməsini gözləyir. Onlardan 2-si evdə, qalanları isə koronavirusla mübarizə çərçivəsinə daxil edilməyən tibb mərkəzlərində müalicə olunurlar.