Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 135 mindən çox artıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
İyunun 24-ü saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 135 212 nəfər yeni koronavirusa yoluxub, 4 187 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 9 129 146, ölənlərin isə 473 797 nəfərə çatıb.
Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 4 507 006 yoluxma və 226 504 ölüm halı.
İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 581 602, ölənlərin sayı isə 194 530 nəfərə çatıb.
Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 950 730 yoluxma və 21 439 ölüm halı qeydə alınıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.