• 29 Sentyabr 2020
logo
Makron Putinlə videokonfrans formatında danışıqlar aparmağı planlaşdırır

Makron Putinlə videokonfrans formatında danışıqlar aparmağı planlaşdırır

Fransa prezidenti Emmanuel Makron iyunun 26-sı rusiyalı həmkarı Vladimir Putinlə videokonfrans formatında danışıqlar aparmağı planlaşdırır.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə ​Yelisey Sarayından məlumat veriblər.

Məlumatda bildirilir: "Videokonfrans formatında danışıqlar cümə günü, günortadan sonra planlaşdırılır. Böhranların həllində, xüsusən də Ukraynada irəliləyişi təmin etmək lazımdır".

Qeyd edilir ki, E.Makron V.Putinlə həmçinin strateji balansın təmin edilməsi, Liviya, İran və koronavirusun yayılması məsələlərini müzakirə etmək niyyətindədir: "BMT Təhlükəsizlik Şurasının gündəmində olan əsas böhranların müzakirəsi planlaşdırılır. Fransa prezidenti hesab edir ki, Rusiya ilə bir sıra mürəkkəb problemləri nəzərdən keçirmək vacibdir".

Bildirilri ki, tərəflər əməkdaşlıq, Avropada sabitliyin möhkəmləndirilməsi, beynəlxalq böhranların həlli və kiber təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələləri müzakirə etməlidirlər.