• 27 Sentyabr 2020
logo
Qələbə paradına gələn Qırğızıstan heyətində koronavirus tapıldı

Qələbə paradına gələn Qırğızıstan heyətində koronavirus tapıldı

Rusiyanın paytaxtı Moskvada keçirilən Qələbə paradına Qırğızıstan prezidenti Sooronbay Jeenbekovun başçılığı altında qonaq qismində gələn heyətin 2 üzvündə COVID-19 aşkarlanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla əlaqədar S.Jeenbekov Qələbə paradında iştirak etməyib.

Məlumata görə, Qırğızıstanın Prezident Aparatının Xarici siyasət şöbəsinin müdiri Daniyar Sıdıkov və mühafizə xidmətinin əməkdaşında koronavirus testi pozitiv çıxıb.

Bildirilib ki, heyət Qırğızıstanın paytaxtı Bişkekə qayıdacaq. Ölkə prezidenti koronavirus testinin nəticələri çıxanadək 3 gün özünütəcrid rejimində saxlanılacaq.