ABŞ-ın Vaşinqton ştatında qoruyucu maska taxmaq məcburi olacaq. Bu barədə ştatın qubernatoru Cey İnsli öz “Twitter” səhifəsində yazıb. O bildirib ki, qərar iyunun 26-dan etibarən qüvvəyə minəcək. Qeyd edək ki, ABŞ koronavirusa yoluxma göstəricilərinə görə liderlik edir. Bu günədək ölkədə 2,4 milyondan çox şəxs virusa yoluxub, ölənlərin sayı 123 min nəfəri keçib.