• 21 Sentyabr 2020
logo
Rusiyada Qaregin Njdenin boş məzarının yığışdırılması təklif olunub

Rusiyada Qaregin Njdenin boş məzarının yığışdırılması təklif olunub

Rusiyanın Vladimir şəhərində “Stopfaşizm” vətəndaş təşəbbüsünün üzvləri şəhər meriyasına müraciət edərək İkinci Dünya müharibəsində faşistlərlə əməkdaşlıq etmiş Qaregin Njdenin Vladimir həbsxanasının qəbiristanlığında boş məzarının yığışdırılmasını təklif edib.

Trend-in məlumatına görə, təşəbbüsün üzvləri bildirib ki, Q.Njdenin boş məzarı son illərdə erməni diasporunun nümayəndələri tərəfindən ildə bir neçə dəfə anım məqsədilə ziyarət olunur.

Qeyd olunub ki, Q.Njdenin boş məzarı faşizmin qəhrəmanlaşdırılması baxımından istifadə olunur. “Stopfaşizm” üzvləri xatırladıb ki, 2019-cu ildə Rusiyanın Armavir şəhərində erməni kilsəsinin ərazisində Q.Njdenin xatirə lövhəsi yerli deputat tərəfindən qara rənglə boyanmış, daha sonra ictimai etirazlar nəticəsində lövhə sökülmüşdü.

Q.Njde İkinci dünya müharibəsinin sonunda SSRİ xüsusi xidmət orqanları tərəfindən ələ keçirilmiş və faşistlərlə əməkdaşlığını etiraf etmişdi. Törətdiyi cinayətlərə görə Vladimir şəhər həbsxanasına göndərilən Q.Njde ölümündən sonra həbsxana ərazisində dəfn edilmişdi. 1980-ci illərdə bir qrup şəxs onun qalıqlarını Ermənistana keçirmişdi.