• 27 Mart 2025
logo
İranda avtobus dərəyə aşıb, bir nəfər ölüb, 32 nəfər yaralanıb

İranda avtobus dərəyə aşıb, bir nəfər ölüb, 32 nəfər yaralanıb

İranda avtobus yük maşını ilə toqquşub və dərəyə aşıb.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə bu gün səhər Neyşabur – Məşhəd magistral yolunda baş verib.

Avtobus “İran Xodro” avtomobil zavodunun işçilərini daşıyırmış. Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 1 nəfər ölüb, 32 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb.