• 28 Mart 2025
logo
Aİ-yə üzv ölkələrin liderləri “Bərpa Planı”nı müzakirə edəcəklər

Aİ-yə üzv ölkələrin liderləri “Bərpa Planı”nı müzakirə edəcəklər

Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri koronavirus pandemiyasının iqtisadi nəticələrinin aradan qaldırılması ilə bağlı “Bərpa Planı”nı müzakirə edəcəklər.

Bu barədə Aİ Şurası Prezidentin mətbuat katibi Barend Leyts "Twitter"də bildirib.

O qeyd edib ki, Aİ Şurası Prezidenti Şarl Mişelin fövqəladə çağırışı ilə iyulun 17-18-də təşkilata üzv ölkələrin liderləri Brüsseldə toplanacaqlar. Onlar “Bərpa Planı”nı müzakirə edəcəklər.