İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 121 nəfər vəfat edib.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 9 863 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2 445 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 209 970 nəfərə çatıb.
İndiyədək xəstəlikdən 169 160 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 2 846 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.