Portuqaliya hökuməti Lissabonda, həmçinin şəhərə bitişik bölgələrdə koronavirus pandemiyasına görə yenidən karantin məhdudiyyətlərini artırıb. Saat 8-dən sonra kafe və mağazaların fəaliyyəti qadağan edilib.
APA-nın “İnterfax”a istinadən xəbərinə görə, bu barədə Portuqaliyanın Baş naziri Antoniu Koşta bildirib.
Onun sözlərinə görə, 15 bölgədə bu gündən etibarən müəyyən fəaliyyət növlərinə məhdudiyyətlər tətbiq edilib. Xüsusilə kafe və mağazalar axşam səkkizə qədər işləməli olacaqlar. Bundan əlavə, insanlar on nəfərdən çox olmayan qruplarda cəmləşə bilərlər.
Rəsmi məlumatlara görə, Portuqaliyada 21 may - 21 iyun tarixləri arasında koronavirusa yoluxanların sayı 9222-yə yüksəlib.