• 18 Sentyabr 2020
logo
Cənubi Koreyada koronavirusun ikinci dalğası başlayıb

Cənubi Koreyada koronavirusun ikinci dalğası başlayıb

Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin rəhbəri Çon In Gyon paytaxt Seulda və ətraf bölgələrdə koronavirus infeksiyasına yoluxmanın ikinci dalğasının başladığını deyib.
İkinci dalğa payızadək davam edə bilər.
Qeyd olunur ki, daha əvvəl mütəxəssislər yoluxmanın ikinci dalğasının payızda və ya qışda başlayacağını proqnozlaşdırırdı.
Bundan başqa, Seul şəhər rəhbərliyi növbəti 3 gün ərzində yoluxanların sayının 30 nəfərdən çox olacağı təqdirdə məhdudiyyətlər rejiminin yenidən tətbiq oluna biləcəyini deyib.
Son sutka ərzində Cənubi Koreyada 17 yeni yoluxma qeydə alınıb. Bu günədək ölkədə 12 438 nəfər koronavirusa yoluxub, 280 nəfər ölüb.