• 28 Sentyabr 2020
logo
Vyanada ABŞ və Rusiya arasında nüvə silahları ilə bağlı danışıqlar keçirilir

Vyanada ABŞ və Rusiya arasında nüvə silahları ilə bağlı danışıqlar keçirilir

Vyanada ABŞ və Rusiya arasında nüvə silahları ilə bağlı danışıqlar keçirilir.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, silahlara nəzarətlə bağlı müzakirələrlə əlaqədar tərəflər rəsmi şəkildə şərh verməyiblər.

Danışıqlarda iştirak edən ABŞ Prezidentinin Silahlara Nəzarət üzrə xüsusi nümayəndəsi Marşal Billinqsli danışıqlarda nüvə silahlarının əsas mövzu olacağını deyib.

O, danışıqlarla bağlı iyunun 22-23-də Vyanada olacağını əlavə edib.

Danışıqlarda Rusiyanı təmsil edən Xarici İşlər nazirinin müavini Sergey Ryabkov isə danışıqlarla bağlı ümidli olduğunu deyib.

Qeyd edək ki, ABŞ və Rusiya arasında yeni Strateji Nüvə Silahlarının Azaldılması Müqaviləsi tərəflərin hər birinə 1550-dən çox olmamaqla nüvə başlığına malik olma imkanı verir. Hər iki tərəfin razılığı olacağı təqdirdə Müqavilə 5 ilə qədər uzadıla bilər.