İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 119 nəfər vəfat edib.
APA-nın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 9 742 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2 573 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 207 525 nəfərə çatıb.
İndiyədək xəstəlikdən 166 427 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan 2 898 xəstənin vəziyyəti ağır və ya orta ağırdır.