• 22 Sentyabr 2020
logo
İranda koronavirusdan ölənlərin sayı 9623 nəfərə çatıb

İranda koronavirusdan ölənlərin sayı 9623 nəfərə çatıb

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 116 nəfər vəfat edib. APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 9623 nəfərə çatıb. Ölkədə son sutka ərzində koronavirusa 2368 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 204952 nəfərə çatıb. İndiyədək xəstəlikdən 163591 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan xəstələrdən 2887 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.