• 21 Sentyabr 2020
logo
"Türkiyə elə bir revanş götürüb ki, bir çox Türk düşmənləri bunu həzm edə bilmirlər"

"Türkiyə elə bir revanş götürüb ki, bir çox Türk düşmənləri bunu həzm edə bilmirlər"

Xəbər verdiyimiz kimi Misirin qiyamçı prezidenti Abdel Fəttah əl Sisi ordusuna Liviyada Türkiyəyə qarşı savaşa hazırlaşmaq əmri verib.

Doğrudanmı Liviyada Türkiyə-Misir qarşıdurması realdırmı? Bu savaşın qalibi kim olacaq? Misirin qiyamçı prezidentinin gerçək istəyi nədir? Ankaradan heyf almaqmı? Yoxsa başqa səsəblər də var?

Türkiyənin Ərciyəs Universitetinin professoru, siyasi analitik Qafar Çaxmaqlı Moderator.az-ın bu suallarına cavabında bildirib ki, Türkiyənin Aralıq dənizində hökm sahibinə çevrilməsi təkcə Misiri deyil, bir çox dövlətləri narahat etməyə başlayıb:

"Liviyada Hafterin məğlubiyyəti və Türkiyənin bu bölgədə, güclənməsi bəzi ölkələri narahat edir. Türkiyənin Aralıq Dənizinin bu hissəsində maraqları Misirin maraqları ilə toqquşur. Hafterin arxasında Rusiyanın durduğu əslində görüntü idi. Ona silah sürsat verib qanuni hakimiyyəti devirmək istəyən Misir, Səudiyyə Ərəbistanı və BƏƏ idi. Hələ də onların maliyyələşdirdikləri terrorçu qruplar təmizlənməyib. Sisini Misir ordularının Liviyaya göndərmə bəyanatı dünyanın bir çox ölkələri tərəfindən hiddətlə qarşılanır. Bu açıqca terroru dəstəkləmək deməkdir. Zənnimcə Sisi buna risk edə bilməyəcək. Həm də hələ ABŞ buna öz reaksiyasını verməyib. Türkiyə elə bir revanş götürüb ki, bir çox Türk düşmənləri bunu həzm edə bilmirlər. Türkiyənin Aralıq dənizində hökm sahibinə çevrilməsi bir çox ölkələrə sərf etmədiyindən nə edəcəklərini bilmirlər".