• 27 İyul 2024
logo
İtaliyada son sutkada koronavirusdan 49 nəfər ölüb

İtaliyada son sutkada koronavirusdan 49 nəfər ölüb

İtaliyada son sutka ərzində koronavirusdan 49 ölüm, 262 yoluxma hadisəsi qeydə alınıb.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə yeni virusdan ölənlərin ümumi sayı 34610 nəfərə, yoluxanların sayı isə 238275 nəfərə çatıb.