• 21 Sentyabr 2020
logo
Braziliyada koronavirusa yoluxanların sayı 1 milyonu keçib

Braziliyada koronavirusa yoluxanların sayı 1 milyonu keçib

Braziliyada koronavirus infeksiyasına yoluxanların sayı 1 032 913 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son sutkada burada 54 771 nəfərin COVID-19 infeksiyasına yoluxması təsdiqlənib. İndiyədək 507 200 nəfər müalicə olunaraq sağalıb, hazırda 476 759 xəstə həkim nəzarəti altındadır.

Epidemiyanın əvvəlindən Braziliyada 48 954 xəstə dünyasını dəyişib, ölüm nisbəti 4,7% təşkil edir. Son sutkada isə daha 1206 ölüm faktı qeydə alınıb.