• 27 İyul 2024
logo
Ukraynada koronavirusdan ölən hərbçilərin sayı 5-ə çatıb

Ukraynada koronavirusdan ölən hərbçilərin sayı 5-ə çatıb

Ukrayna ordusunda 143 aktiv koronavirus (COVID-19) xəstəsi var.

APA-nın "Ukrinform"a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son sutka ərzində hərbiçilər arasında 11 yeni yoluxma faktı qeydə alınıb, bir hərbçi isə vəfat edib.