• 24 Mart 2025
logo
Braziliyada son sutkada koronavirusa 22 mindən çox yoluxma qeydə alınıb

Braziliyada son sutkada koronavirusa 22 mindən çox yoluxma qeydə alınıb

Braziliyada son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) 22 765 yoluxma halı qeydə alınıb, 1 238 nəfər vəfat edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Braziliyada koronavirusa yoluxanların sayı 978 142, xəstəlikdən ölənlərin sayı isə 47 748 nəfərə çatıb.