• 24 Mart 2025
logo
Ermənistanda son sutkada 459 nəfər koronavirusa yoluxub, 10 nəfər ölüb

Ermənistanda son sutkada 459 nəfər koronavirusa yoluxub, 10 nəfər ölüb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) 459 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistanda koronavirusa yoluxanların sayı 19157, xəstəlikdən ölənlərin sayı isə 319 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 8266 nəfərdir.