• 27 İyul 2024
logo
Almaniyada ət kombinatının 400 işçisi koronavirusa yoluxubv

Almaniyada ət kombinatının 400 işçisi koronavirusa yoluxubv

Almaniyanın Şimali Reyn-Vestfaliya federal torpağında ət kombinatının azı 400 işçisi koronavirusa yoluxub.

Bu barədə bölgənin rəhbərliyi bildirib.

Qeyd olunub ki, “Tönnies” ət emalı şirkətinin əməkdaşları arasında keçirilmiş 500 testdən 400-ü pozitivlə nəticələnib. Daha 500 testin nəticələri gözlənilir.

Almaniyada karantin rejiminin yumşaldılmasından sonra bir sıra ət emalı müəssisələrində yoluxma halları çoxalıb. Bununla əlaqədar həmin müəssisələrdə nəzarət tədbirlərinin gücləndirilməsi qərara alınıb.