• 24 Mart 2025
logo
Ermənistanda 971 tibb işçisi koronavirusa yoluxub

Ermənistanda 971 tibb işçisi koronavirusa yoluxub

Ermənistanda yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan tibb işçilərinin sayı açıqlanıb.

APA-nın "news.am"a istinadən verdiyi xəbərə görə, Ermənistan Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Ermənistanda iyunun 10-dək tibb müəssisələrində çalışan 971 nəfər koronavirusa yoluxub.

Nazirliyin məlumatında qeyd olunub ki, xəstəliyə yoluxan tibb işçilərindən 1 nəfər ölüb.