• 23 Mart 2025
logo
Çin koronavirusun yeni epidemiya riski barədə xəbərdarlıq edib

Çin koronavirusun yeni epidemiya riski barədə xəbərdarlıq edib

Koronavirusun yeni epidemiya riski çox yüksəkdir.

Bu barədə bir sıra çinli epidemioloqlar bildirir. Onların sözlərinə görə, paytaxt Pekində infeksiya artım mərhələsindədir.

Qeyd olunur ki, növbəti günlər virusun yayılmasının anlaşılması baxımından əhəmiyyət daşıyacaq.

Bundan başqa, koronavirus infeksiyasının Tokioda yenidən yayılması müşahidə olunub. Mütəxəssislərin fikrincə, bu, dünyada təkrar epidemiya riskini artırır.

Xatırladaq ki, bir neçə gün əvvəl Pekində bazarların birində yeni koronavirus ocağı aşkar edilmişdi. Orada olan şəxslər təcrid edilmiş, şəhərin bəzi rayonlarında hərbi rejim elan olunmuşdu.