• 23 Mart 2025
logo
Qazaxıstanda koronavirusa daha 313 nəfər yoluxdu

Qazaxıstanda koronavirusa daha 313 nəfər yoluxdu

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa 313 yoluxma halı qeydə alınıb.

Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 14 809 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində 4 nəfər koronavirusdan ölüb, ölənlərin ümumi sayı 77 nəfər təşkil edir.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların 9 188 nəfəri sağalaraq evə buraxılıb.