• 25 Sentyabr 2020
logo
Rusiyada koronavirusa yoluxanların sayı 520 mini ötüb

Rusiyada koronavirusa yoluxanların sayı 520 mini ötüb

Rusiyada son sutka ərzində daha 8706 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 520 129 nəfərə çatıb.

Son sutka ərzində 114 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 6829 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 274 641 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.