• 27 İyul 2024
logo
Gürcüstanda koronavirusa yoluxanların sayı 837 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 837 nəfərə çatıb

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) daha 6 yoluxma halı qeydə alınıb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da Gürcüstanda koronavirusa yoluxanların sayı 837 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə 3213 nəfər karantində saxlanılır, 303 nəfər isə stasionar şəraitdə müalicə olunur.
Xəstəliyə yoluxanlardan 697 nəfər sağalıb, 13 nəfər isə vəfat edib.