• 19 Mart 2024
logo
İtaliyanı nə gözləyir? - Etna oyanır

İtaliyanı nə gözləyir? - Etna oyanır

İtaliyanın Siciliya adasında Etna vulkanında aktivlik müşahidə edilir. İtaliyanın Geofizika və Vulkanologiya İnstitutunun əməkdaşları bu qənaətə gəliblər.
İyulun 14-də artıq vulkanın kraterində oyanma olduğu bildirilir. Hətta lava qatının da yarandığı qeyd edilir.
Lakin vulkan ətrafında durum çox təhlükəli qiymətləndirilmir. Hətta bu dəfə püskürmə olsa belə, vulkanoloqlar insan həyatı üçün bir təhlükə görmədiklərini bildiriblər. Eyni zamanda vulkanın oyanmasının yaxınlıqdakı Kataniya aeroportunun işinə təsir etməyəcəyini də qeyd edirlər.