Gürcüstanda azərbaycanlıların yaşadığı Bolnisi rayonunun Geta (Aşağı Güləver) kəndində sərt karantin rejimi ləğv edilir.
Bu barədə Bolnisi meriyası məlumat yayıb.
Bildirilib ki, kənd ərazisində sonuncu yoluxma halı mayın 16-da qeydə alınıb.
Qeyd olunub ki, karantin rejiminin ləğv edilməsi istiqamətində hazırlıq işləri aparılır.
Xatırladaq ki, Bolnisi rayonunda yeni növ koronavirusa indiyədək 186 yoluxma halı qeydə alınıb. Yoluxanlardan 114 nəfər sağalıb, 4 nəfər isə vəfat edib.