• 21 Sentyabr 2020
logo
Rusiyada son sutkada koronavirusdan 216 nəfər ölüb

Rusiyada son sutkada koronavirusdan 216 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 8404 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 493 657 nəfərə çatıb.
Son sutka ərzində 216 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 6358 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı 252 783 nəfərdir.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.