• 24 Sentyabr 2020
logo
ÜST: Son sutkada dünyada 109 minədək insanda COVID-19 virusu aşkar edilib

ÜST: Son sutkada dünyada 109 minədək insanda COVID-19 virusu aşkar edilib

Son sutka ərzində dünyada koronavirus infeksiyasına təxminən 109 min insan yoluxub, bununla da yoluxanların ümumi sayı 7,04 milyona yaxınlaşıb. Virusun qurbanlarının sayı isə sutka ərzində 3,5 mindən çox artıb və ümumilikdə 404 mini keçib.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı özünün gündəlik bülletenində məlumat yayıb.
09 iyun tarixli, Cenevrə vaxtı ilə saat 09:00-a (Bakı vaxtı 12:00) olan statistikaya görə, dünyada 7 039 918 nəfər yeni növ koronavirusa yoluxub, 404 396 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 108 918 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 3539 nəfər artıb.
Şimali və Cənubi Amerika regionu yoluxanların sayına görə birinci yeri tutur – 3 366 251 yoluxma və 183 950 ölüm. Sutka ərzində burada yoluxanların sayı 54 864, ölənlərin sayı isə 2146 nəfər artıb.
Avropada isə ümumilikdə 2 303 361 nəfər koronavirusa yoluxub, 184 671 nəfər ölüb. Sutka ərzində burada yoluxanların sayı 16 801, ölənlərin sayı isə 551 nəfər artıb.
Yoluxma sayı üzrə üçüncü yeri Şərq-Sakit okean bölgəsi tutur. Burada 658 614 yoluxma, 14 913 ölüm faktı qeydə alınıb. Sutka ərzində burada yoluxanların sayı 17 185, ölənlərin sayı isə 311 nəfər artıb.
ÜST-ün ölkə üzrə yayılma cədvəlinə görə, ən çox yoluxanlar ABŞ-dadır – 1 933 560 nəfər. Onun ardınca Braziliya (691 758), Rusiya (485 253), Böyük Britaniya (287 403), Hindistan (266 598), İspaniya (241 717), İtaliya (235 278), Peru (196 515), Almaniya (184 543) və İran (173 832) gəlir.