• 27 İyul 2024
logo
Putin Mariya Zaxarovaya fövqəladə və səlahiyyətli səfir rütbəsi verib

Putin Mariya Zaxarovaya fövqəladə və səlahiyyətli səfir rütbəsi verib

Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya lideri bu gün sərəncam imzalayıb.
Qeyd edək ki, Mariya Zaxarova 2015-ci ildən Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Departamentinə rəhbərlik edir.