• 24 Sentyabr 2020
logo
Polşada koronavirusa yoluxma artsa da, yeni məhdudiyyətlər tətbiq olunmayacaq

Polşada koronavirusa yoluxma artsa da, yeni məhdudiyyətlər tətbiq olunmayacaq

Polşada yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının artmasına baxmayaraq, yeni məhdudiyyətlər və ya əvvəlki qadağalar tətbiq olunmayacaq.
Bu barədə Polşa Baş Nazirinin müavini Yadviqa Emileviçz bildirib.
“Məhdudiyyətləri bu gün yenidən tətbiq etmək planımız yoxdur”, - deyə Baş Nazirin müavini vurğulayıb.
Qeyd edək ki, son iki gündə Polşada infeksiyaya yoluxma halı 1000-i keçib. Ölkədə indiyədək koronavirusa yoluxanların ümumi sayı 26561 nəfərə çatıb, 1157 nəfər vəfat edib.