• 19 Sentyabr 2020
logo
Rusiya iyulun 15-dən beynəlxalq aviareysləri qismən bərpa edə bilər

Rusiya iyulun 15-dən beynəlxalq aviareysləri qismən bərpa edə bilər

İyulun 15-dən etibarən Rusiya beynəlxalq aviareysləri qismən bərpa edə bilər.
Bu barədə Rusiya mediası yerli aviaşirkətlərin nümayəndələrinə istinadən xəbər verir.
İlkin mərhələdə uçuşlar 15 ölkə bərpa olunacaq. Belə ki, Rusiya uçuşları ilk növbədə, Avrasiya İqtisadi Birliyi və MDB ölkələrinə bərpa edəcək.
Birinci olaraq uçuşları bir neçə iri aviadaşıyıcı bərpa edəcək. Əsas şərtlər COVID-19 aşkar edilmiş halların sabit azalması və göyərtədə ciddi sanitariya qaydalarına riayət edilməsidir.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən mart ayının sonunda Rusiya beynəlxalq aviareyslər üzrə uşuları tam dayandırıb.