Çinin ticarət dövriyyəsinin müsbət saldosu 39 ilin rekordunu vurub
Bu ilin may ayında Çinin ümumi ticarət dövriyyəsinin müsbət saldosu 62,93 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 1981-ci ildən bəri ən yüksək göstəricidir.
"Reuters"in verdiyi məlumata görə, illik müqayisədə ölkənin ixracı 16,7%, idxalı isə 14,2% azalıb. Bu, 2016-cı ilin yanvar ayından bəri ən kəskin azalmadır. Bildirilir ki, Çinin ixracı Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) bazarından və yuanın məzənnəsinin dəyərsizləşməsindən bəhrələnib. İdxalın azalmasına isə daxili tələbatın və malların qiymətinin azalması təsir edib.
Təkcə may ayının birinci yarısında Çin 8,9 mlrd. dollar dəyərində tibbi ləvazimat ixrac edib.
Qeyd edək ki, Çinin ABŞ-la ticarət dövriyyəsinin müsbət saldosu da artaraq 27,9 mlrd. dollara çatıb.
Digər xəbərlər
30 Oktyabr 2026 14:42
861
30 Oktyabr 2026 14:01
826
30 Oktyabr 2026 13:30
707
30 Oktyabr 2026 13:18
672
30 Oktyabr 2026 13:16
623
27 Oktyabr 2026 16:00
784
27 Oktyabr 2026 15:59
742
27 Oktyabr 2026 15:58
735
27 Oktyabr 2026 15:57
756
27 Oktyabr 2026 15:56
756
27 Oktyabr 2026 15:55
686