• 25 Yanvar 2021
logo
Gürcüstanda koronavirusa yoluxanların sayı 810 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 810 nəfərə çatıb

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 yoluxma halı qeydə alınıb. Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi xüsusi internet saytında bildirilib. Bununla da Gürcüstanda virusa yoluxanların sayı 810 nəfərə çatıb. Qeyd olunub ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 2915 nəfər karantində saxlanılır, 237 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 683 nəfər sağalıb, 13 nəfər isə vəfat edib. Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.