• 27 Sentyabr 2020
logo
Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı yüz mini keçib

Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı yüz mini keçib

Səudiyyə Ərəbistanında yeni növ koronavirusa yoluxanların sayı yüz mini keçib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, son sutkada Səudiyyə Ərəbistanında 3045 nəfərdə koronavirus aşkarlanıb.
Ümumilikdə isə virusa 101 914 nəfər yoluxub, 72 817 nəfər sağalıb, 712 nəfər ölüb.