• 20 Sentyabr 2020
logo
ABŞ-da koronavirusdan yarım milyondan çox insan sağalıb

ABŞ-da koronavirusdan yarım milyondan çox insan sağalıb

ABŞ-da koronavirusdan sağalan xəstələrin sayı 500 mini keçib.
Bu barədə Con Hopkins Universiteti məlumat yayıb.
Məlumata görə, ABŞ-da 500 849 nəfər koronavirusa yoluxduqdan sonra sağalıb, 109 802 nəfər ölüb, ümumilikdə 1 920 061 yoluxma hadisəsi qeydə alınıb.